Biləsuvarda traktor 7 min abonenti qazsız qoyub

Biləsuvar rayonunda traktor 7 min abonenti qazsız qoyub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Dəyirman adlanan hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə traktorla qazıntı işi aparılan zaman daşıyıcı qaz xətti zədələnib.

Nəticədə, ilkin məlumata görə, Biləsuvar rayonunda 7 min abonent qazsız qalıb.

Bildirilib ki, qaz verilişinin sabaha bərpa olunması gözlənilir.