Biləcəri Dəmiryolu stansiyasında bədbəxt hadisə baş verib

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə  növbədə olarkən iş başında xəsarət alıb.

“Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında  Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə  növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə  dərhal  1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.