Beynəlxalq “Qış təlimi – 2019” davam edir

Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da hərbi qulluqçularımızın iştirakı davam edir.

Təlimin ssenarisinə əsasən qarlı və şaxtalı havada təyyarə, eləcə də helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.
Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.