Beynəlxalq olimpiada qalibi 12 şagirdimiz Koreyanın KAIST Universitetinə qəbul olunub

Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə beynəlxalq olimpiada qalibləri, eyni zamanda, respublika fənn olimpiadalarının qalibi olan 12 şagird – Amin Cəfərzadə, Asiman Ziyəddinov, Cavad İsmayılzadə, Elçin Musazadə, Fəxriyyə Məmmədova, Nəriman Şirinli, Ömər Əfəndi, Məshəti Piriyeva, Toğrul Abbasov, Salman Hüseynov, Səid Nəsibov, Yusif Qasımov Koreya Respublikasının KAIST Universitetinə qəbul olunub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.