Beyləqanda keçirilən aksiyada 200-dən çox ağac əkilib

Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Beyləqan-Füzuli avtomobil yolunun kənarında ərazinin torpaq-iqlim şəraitinə uyğun 200-dən çox müxtəlif növ ağac tingləri əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

ƏvvəlkiAzərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Aleksandr Turçinlə görüşüb
NövbətiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb