Bayden qasırğadan zərər çəkmiş ştatlara yardım göstərməyi tapşırıb

ABŞ Prezidenti Cozef Bayden qasırğadan zərər çəkmiş bölgələrə kömək üçün federal resursların ayrılmasını tapşırıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Fövqəladə halların idarə edilməsi üzrə federal agentliyin rəhbəri, milli təhlükəsizlik məsələləri üzrə köməkçi, baş qərargah rəisinin müavini və daxili işlər naziri kritik hava şəraiti barədə prezidentə məruzə ediblər.

Qeyd edək ki, İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla, bir sıra ştatları qasırğa bürüyüb. Arkanzas ştatında qocalar evində baş verən təbii fəlakət nəticəsində bir nəfər ölüb. Tennessi ştatında üç nəfər ölüb. Kentukki ştatının qubernatoru Endi Beşir tornadoda ölənlərin sayının 100-ə çata biləcəyini təxmin edir.