Batumidə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Batumidə yaşayış binasının dağıntıları arasından daha bir nəfərin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Onların üçü uşaqdır. Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib. Nazir deyib ki, binanın digər hissələrinin də çökmək təhlükəsi var. Hazırda mütəxəssislər vəziyyəti öyrənirlər.