“Battle of Brands” layihəsi baş tutdu.

Nəhayət həftələrdir haqqında danışılan “Battle of Brands” layihəsi baş tutdu. Aprelin 21-I
“New Baku Otel”-də “Student Club Azerbaijan”, Equalpress.az və Azad İstehlakçılar Birliyi tərəfindən
keçirilən tədbirdə şirkətlər, media qurumları və gənclər bir araya gəldi.
Tədbir Cümhuriyyətin 100 illiyində ölkə iqtisadiyyatının, mətbuatın və gəncliyin qarşılıqlı
əlaqəsinin vacibliyindən danışan Elnur Məmmədovun açılış nitqi ilə başladı. Tədbirdə iştirak edən
şirkət və media nümayəndələrinə təşəkkür edilib, komandalara uğurlar arzulandı.
Ardınca tədbirdə “Avrora LLC”-nin marketoloqu, “Laferalla”-nın Brend Meneceri Novruz
Rüstəmov (Novak Rustamovič) öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşdü, onlara marketinq
haqqında ən zəruri biliklərdən danışdı.
Bundan sonra müxtəlif şirkətləri təmsil edəcək komandalar tərəfdaş şirkətlərin verdiyi
hədiyyə uğrunda mübarizəyə başladılar. Hər komandanın təmsil etdiyi şirkətlərin köynəklərinin
geyinməsi, roll-uplar, bannerlər, flayerlər, hədiyyələr və digərləri tam bir marketinq ab-havası
yaradırdı. Məkanın bayraqlarla bəzədilməsi isə Cümhuriyyətin 100 illiyini tam əks etdirirdi. Digər
intellektual yarışlardan fərqli olaraq bu yarışı daha maraqlı edən gənclərin məntiqləri və
dünyagörüşləri ilə yanaşı Brendlər haqqında biliklərinin də sınağa çəkilməsi oldu.
Komandalar üç mərhələdə mübarizə apardılar, gərgin və maraqlı keçən yarışın sonunda 3-cü
yerin sahibi “Step IT” komandası, 2-ci yerin sahibi “Butam” komandası və 1-ci yerin sahibi “Betek”
komandası oldu və müxtəif şirkətlərdən dəyərli hədiyyələr qazandılar.
Tədbirin ən möhtəşəm hissəsi isə hədiyyələrin təqdimedilmə mərasimi oldu. Müxtəif
şirkətlərin nümayəndələri tərəfindən mükafatlandırılmadan dərhal sonra bütün iştirakçılar,
təşkilatçılar, şirkət və media nümayəndələri ilə birlikdə xatirə şəkli çəkildi.
Tədbirdə göstərdiyi dəstəyə görə aşağıdakı şirkətlərə təşəkkür edirik:
New Baku Hotel
UPPER Education
Expressbank
Avrora Group
Sobsan Boya
Betek
Starbucks
MADO Azərbaycan
BUTAM
STEP IT Academy Baku
IMZA GROUP
Concept Anti Cafe
EC Travel Agency
LEnar-X
Go Travel