Kişi basketbolçuları arasında Avropa çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi turnirin ev sahiblərindən olan Latviya ilə qarşılaşıb.
Riqa şəhərində yerləşən “Arena Riqa”da oynanılan matç “ay-ulduzlular”ın 93:73 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyə yığması ikinci görüşünü avqustun 29-da Çexiyaya qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.