Baş nazir Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türk.az xəbərinə görə, baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir:

“Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”.