Baş nazir Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.

ƏvvəlkiAğ Ev: ABŞ və Çin liderləri bir həftə ərzində danışa bilər
NövbətiPrezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgilərinin və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib