Balakənin Heydər Əliyev parkında sərnişin kanat yolu tikiləcək

Prezident İlham Əliyev “Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.

ƏvvəlkiBakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər
NövbətiRoma Katolik Kilsəsinin rəhbəri Robert Fransis Prevost olub