Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, 27 noyabr saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ƏvvəlkiGürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar
NövbətiAzərbaycan və Avropa İttifaqı arasında siyasi, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub