Bakının iki qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılıb

Bu dəqiqələrdə Bakının Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinə təbii qazın verilişi məhdudlaşdırılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlummata görə, buna səbəb “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvidir.

ƏvvəlkiVilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək
Növbəti“Azərbaycan Dəmir Yolları”: Keşlə stansiyasında bədbəxt hadisə baş verib