Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

3 sentyabr tarixində saat 08:00-dan etibarən Xəqani küçəsi ilə Bülbül prospekti istiqamətində aparılacaq asfalt bərpa işləri ilə əlaqədar olaraq, günün müəyyən saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “Report”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Qeyd edək ki, bu məhdudiyyətlər 19–21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

ƏvvəlkiPutin Pakistanın Baş nazirini Moskvaya səfərə dəvət edib
NövbətiPekində keçirilən paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib