Bakıdan çıxan ilk sərnişin avtobusu Füzuliyə çatıb

Bakıdan yola düşmüş ilk sərnişin avtobusu Füzuliyə çatıb.

Trend-in məlumatına görə, avtobus iyunun 25-i səhər saatlarında Bakı beynəlxalq və şəhərlərarası avtovağzalından yola düşüb.

Füzuliyə gəlmiş sərnişinlər Mərdinli kənd məscidini, şəhərin mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev müvafiq işlər aparıldıqdan sonra reyslərin sayının artırılmasının nəzərdə tutulduğunu demişdi.

O bildirib ki, avtobusun tutumu 59 nəfərdir və birinci reys üçün bütün biletlər satılıb.