Paytaxtın Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində yaranmış sıxlıq aradan qaldırılıb.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda adıçəkiln ərazidə avtomobillərin hərəkəti bərpa edilib.