Bakıda Şimal-Cənub dəhlizi ilə bağlı bəyannamə imzalanıb

Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Azərbaycan-Rusiya-İran birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Trend-in məlumatına görə, sənədi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi imzalayıb.

Tərəflər dəhlizin inkişafı kontekstində Azərbaycan, Rusiya və İran ərazilərində nəqliyyat və tranzit məsələlərinin və prosedurların həlli üçün işçi qrupun yaradılmasının vacibliyini vurğulayıb və bir ay ərzində birinci iclası keçirmək niyyətində olduqlarını bildirib.

Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmiryol layihəsi üzrə saziş layihəsini hazırlamaq niyyətini bildirib. Sənəddə eyni zamanda İranın Çabahar limanının dəhlizə inteqrasiyası alqışlanıb.