Bakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıb

Bakıda Qoşulmama Hərəkatının XVIII zirvə görüşünə hazırlıq çərçivəsində nazirlərin görüşü başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva jurnalistlərə bildirib.

O deyib: “İnteraktiv formatda keçirilən görüş zamanı nazirlər oktyabrın 25-26-da Bakıda keçiriləcək sammit zamanı dövlət və hökumət başçılarına təqdim olunacaq 4 sənədi müzakirə edərək razılaşdırıblar. Bu sənədlər yekun bəyannamə, Bakı Bəyannaməsi, Fələstinə dair bəyannamə, eləcə də sammitə ev sahibliyi edən ölkəyə təşəkkürnamədən ibarətdir”.

ƏvvəlkiAzərbaycan cüdoçusu Böyük Dəbilqədə yarımfinala yüksəlib
Növbəti“İvanovka” adı altında süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb