Bakıda qatar taksi ilə toqquşub

Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

“Report” xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Report”a bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: “Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır”.