Bakıda kütləvi zəhərlənməyə görə sahibkar tutuldu

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.

Minval.info-nun azxeber.com-a istinadən verdiyi xəbərə görə, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən “Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam etdirilir.