Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb

Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

ƏvvəlkiTürkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
NövbətiBakı məktəbliləri böyük səhnədə çıxış ediblər