Bakıda ağac avtomobilin üzərinə aşdı

Bakıda irigövdəli ağac avtomobilin üzərinə aşıb. Hadisə ötən axşam paytaxtın Binəqədi rayonu, İsrafil Həşimov küçəsində baş verib. Quruduğu üçün budanmış ağacın gövdəsi qəfildən minik avtomobilinin üzərinə aşıb. Avtomobil sahibi Toğrul Muxtarovun sözlərinə görə, həmin vaxt güclü külək də olmayıb. Toğrul Muxtarov deyir ki, avtomobilə 5 min manata yaxın ziyan dəyib. O bildirir ki, həmin həyətdə bir neçə bu cür vəziyyətdə olan ağac var. Maşının üzərinə düşən ağac bu gün günorta saatlarında aidiyyəti qurumların əməkdaşları tərəfindən kəsilərək ərazidən götürülüb.