Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib. “Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”-ya çırpılaraq dayanıb.

Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.