Bakı-Tbilisi-Ərzurum kəməri ilə ötən ay 1,6 milyard kubmetr təbii qaz ötürülüb

Yanvar ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 3 milyard 549,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni ayına nisbətən 12,2 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində qaz nəqlinin 45,3 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 1 milyard 607,1 milyon kubmetr təbii qaz ixrac edilib.