Bakı şəhərində yerləşən özəl şirkətlərin fəaliyyətilə tanışlıq üçün işgüzar ekskursiya təşkil edilib-fotolar

Aprelin 4-5 tarixlərində ictimai və iqtisadi aktiv qadınların iştirakı ilə Bakı şəhərində yerləşən özəl şirkətlərin fəaliyyətilə tanışlıq üçün işgüzar ekskursiya təşkil edilib. Ekskursiyada 10-dan artıq qadın iştirak edib. İlk ekskursiya Bakı Tekstil Fabriki MMC-də olub. Fabrikin təmsilçisi Pərvanə Qarayeva fabrikin fəaiyyəti ilə iştirakçıları tanış edib. Onun sözlərinə görə təmsil etdiyi fabrik kişi və qadınlar, o cümlədən uşaqlar üçün geyimlər istehsal edir. Təmsilçi daxili tələbatı ödəməklə yanaşı əsas diqqətin ixraca yönəldiyini, məhsullarının Rusiya, Ukrayna və Litvaya göndərildiyini bildirdi. Onun sözlərinə görə Fabrikdə əksəriyyəti qdınlar olmaqla 150-yə yaxın işçi çalışır. Əsas xammalları Türkiyədən gətirilir. Təmsilçi sonra iştirakçıları fabrikdə istehsal prosesinin bütün mərhələləri ilə tanış edərək onlara istehsal etdikləri malları nümayiş etdirib. 
 Bakı şəhərində yerləşən özəl şirkətlərin fəaliyyətilə tanışlıq üçün işgüzar ekskursiya təşkil edilib-fotolar
İkinci səfər Vəfa Collection şirkətinə olub. Şirkətin prezidenti Vəfa Muradzadə şirkət barədə məlumat verərək əsasən pərdə, yataq və hamam dəstlərinin, o cümlədən otel üçün dəstlərin istehsalı üzrə ixtisaslaşdırğını bildirdi. Onun özlərinə görə əsas hədəfləri yaxın gələcəkdə istehsal məhsullarımızın ixracatını artırmaq, çeşidləri daha da genişləndirmək, ölkəmizin regionlarında və bir çox ölkələrdə showroomlarımızı yaratmaq və məhsullarımızla Azərbaycan brendini tanıtmaqdır. Qadın iştirakçılar üçn həyatyolu barədə danışan, ixtisasca hüquqşünas və riyasiyyatçı olan V.Muradzadə biznesə başlayan zaman qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması yolları barədə danışdı. Sonda istehsal etdikləri məhsulları iştirakçılara təqdim etdi və onların xüsusiyyətləri barədə bilgilər verdi.
Aprelin 5-də növbəti ekskursiya Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkətinə oldu. Gazelli Group Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən şirkətdir. Gazelli Group kompaniyasına Gazelli Shuvelan, “Sheraton” otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi daxildir. Şirkət barədə fabrikin direktoru Lyaman Şirinzadə, istehsal prosesinin detalları haqda elmi sınaq departamentinin direktoru Leyla Dadaşova, istehsal, satış və digər məsələlər barədə ümumi şöbənin direktoru Nigar Ramazanova ətraflı məlumat verdi. Fabrik rəhbərliyinin sözlərinə görə, Gazelli Group tərəfindən istehsal olunan 100-dən artıq məhsulun tərkibində patentləşdirilmiş unikal aktiv maddələr özünəməxsus yer tutur. Bu gün muasir texniki baza ilə təçhiz olunmuş və 12 000 m2-dən artıq sahəsi olan Gazelli fabriki ay ərzində 1.500.000 vahidədək məhsul istehsal etmək imkanına malikdir. Gazelli Groupun istehsal olunan bütün məhsulların keyfiyyətinə yüksək səviyyədə nəzarət edən istehsalat laboratoriyası var. Təmsilçiyə görə, 2011-ci ildə isə naftalan yağı əsasında yaradılmış Gazelli Triple Youth kolleksiyası Londonda dünyanın ən məşhur “Harrods” Ticarət Mərkəzində satışa çıxarılaraq çox qısa zamanda istehlakçıların etimadını qazanıb.
 Bakı şəhərində yerləşən özəl şirkətlərin fəaliyyətilə tanışlıq üçün işgüzar ekskursiya təşkil edilib-fotolar
Sonda təmsilçi şirkətin istehsal sahələri barədə, o cümlədən laboratoriyalar, məhsul anbarları barədə məlumat verdi.
Görüşlərin hər birində BMT-nin İnkişaf Proqramının layihə üzrə baş məsləhətçisi, Demokratiya Monitoru İctimai Birliyinin rəhbəri Fuad Həsənov layihə və səfərin məqsədi barədə məlumat verdib, xanımların özəl istehsal müəssisələri ilə tanışlığının onların iqtisadi səlahiyyətləndirilmələrinin stimullaşdırılması və istehsal biznesi ilə rabitələrinin effektiv qurulması üçün belə öyrənmə səfərlərinin təşkilinin əhəmiyyətindən danışıb. BMT İnkişaf Proqramının qadınların səlahiyyətləndirilməsi üzrə digər eksperti Samir Əliyev qadınların iqtisadi səlahiyyətləndirilməsi sahəsində apardığı tədqiqatlar barədə danışıb.Səfərdə aşağıdakı şəxslər iştirak edib:
1. Leyla Abasova, BMT İP koordinasiya mütəxəssisi, BDU-nun müəllimi, t.f.d
2. Səbinə Nəbiyeva, evdar qadın, kosmetika ticarətçisi
3. Nurlana Tağıyeva, kosmetika ticarətçisi
4. Sevinc Abasova, evdar qadın, saç ustası, Buzovna
5. Gülbəniz Babayeva, saç ustası, Beyləqan
6. Həcər Abbaslı, freelance jurnalist, Kəlbəcər
7. Nazpəri Həsənova, bijuteriya biznesi, Ağdam
8. Fiqurə Rüstəmova, qarışıq mallar ticarətçisi, Xocalı
9. Günel Rüstəmova, GR Group rəhbəri, Masallı
10. Vüsalə Heybətzadə, həyət təsərrüfatı, Zirə
11. Ülkər Cabarova, həyət təsərrüfatı, Zirə

Səfər Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramı və Demokratiya Monitoru İctimaiBirliyinin ekspertləri tərəfindənicra icra edilən “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş Vətəndaş Cəmiyyəti dəstəyi” Layihəsi çərçivəsində təşkil edilib.

Xeberdar.net