Bakı metrosunda sərnişin xlor dağıdıb

“Bakı Metropoliteni”ndən “Report”a bildirilib ki, daşınan kimyəvi təmizləyici (maye) maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.

“Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur”, – deyə məlumatda qeyd olunub.

ƏvvəlkiRusiya Latviya və Estoniyadakı səfirləri geri çağırıb
NövbətiBMT QAK Azərbaycana yeni nümayəndə təyin edib