Bakı metrosunda qatarda texniki problem yaranıb

Bu gün saat 10:35-də “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.

Bununla bağlı xəbəri “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

Onun sözlərinə görə, hadisə “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda qeydə alınıb. Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib. Əvəzində xəttə köməkçi qatar buraxılıb. Hadisə iki qatar arasında təxminən 11 dəqiqə interval yaradıb.

Əvvəlki“Formula 1” üzrə Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb
NövbətiAzərbaycana külli miqdarda pul keçirmək istəyən rusiyalı saxlanılıb