Bakı limanı vasitəsilə tədarük 20 faiz artıb

Azərbaycan Avropa ilə Asiya arasında əlaqələndirici halqa olmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu bu gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, bu kontekstdə Ələt azad iqtisadi zonası və Bakı limanı vacib rol oynayacaq.

“Bizim inkişaf strategiyamız dayanıqlı “yaşıl” dəhlizin yaradılmasına yönəlib. Son dövrlərdə liman vasitəsilə tədarük 20 faiz artıb”, – deyə o bildirib.