Bakı-İstanbul reysi ləğv edilib

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, ləğv edilmiş reysin sərnişinləri martın 13-də J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli “Airbus 340” təyyarəsindən istifadə ediləcək.