Bərdədə kişi ağacdan yıxılaraq ölüb

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov ağacda budama işləri apararkən yıxılıb. Ağır xəsarət alan S.Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiDərbənddə azərbaycanlı generala büst qoyulacaq
NövbətiBakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib