Bəstəkar Səid Rüstəmovun 115 illiyi Sumqayıtda qeyd edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən F. Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində bəstəkar Səid Rüstəmovun 115 illiyinə həsr olunan konsert təşkil edilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın “Sumqayıt”, “Getmə”, “Qızıl payız”, “Sürəyya”, “Şeir deyilmi”, “Bahar olsun” və başqa əsərləri səsləndirilib.

Konsert tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.