Bəstəkar Ceyhun Allahverdiyevin 50 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq

Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, professor, bəstəkar, pianoçu, pedaqoq Ceyhun Allahverdiyevin 50 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Gecədə Fəridə Məmmədova (soprano), Cəmil Sədizadə (piano) yerli və xarici bəstəkarlarının əsərlərini səsləndirəcəklər.