Bərdədə kişi ağacdan yıxılaraq ölüb

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov ağacda budama işləri apararkən yıxılıb. Ağır xəsarət alan S.Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.