Bərdədə güclü külək fəsadlar törətdi

Güclü külək Bərdə rayonunda bir sıra fəsadlar törədib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumatına görə, külək Nüşabə və Bakı küçələrində ağacları və iri budaqları qıraraq avtomobillərin üzərinə salıb.

Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün tədbirlər görür.