Bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib

Bu il V ixtisas qrupunda bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu dəyişiklik yalnız bu ilə aiddir: “Biz gözləyirik ki, bu il bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanı ləğv edildiyindən keçid balı 150-yə yaxın olsun”.