AzTV-nin əməkdaşı TÜRKSOY-un diplomu ilə təltif olunub

Uzun illər AzTV-nin Türkiyədə operatoru işləyən Humay Vəliyev 70 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, yubilyara TÜRKSOY-un diplom və qiymətli hədiyyəsini təqdim edən Baş katib Düsen Kaseinov Humay Vəliyevin hər zaman işinə böyük məsuliyyətlə yanaşaraq Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının fəaliyyətinin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına böyük töhfələr verdiyini bildirib. Qeyd edib ki, o, yüksək mədəniyyəti və nəcib keyfiyyətləri ilə ətrafındakı insanların rəğbətini qazanıb.

Yubilyara möhkəm cansağlığı, gələcək həyatında xoş və firavan günlər arzu edilib.