AzMİU-nun əməkdaşı Böyük Britaniyada startap ekosistemi ilə bağlı təlimlərdə iştirak edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova “Creative Spark” proqramı çərçivəsində Birləşmiş Krallıqda səfərdə olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Nəsibə Əmirbəyova Böyük Britaniyanın Birminhem, Lester, Derbi, Kaventri və Louqborouq şəhərlərində təşkil olunan təlimlərdə iştirak edib.

Təlimlərdə Böyük Britaniyanın aparıcı mütəxəssisləri tərəfindən startap ekosistemin formalaşdırılması, inkişaf etdirilməsi, bu istiqamətdə olan təşəbbüslərin dəstəklənməsi ilə bağlı geniş məlumatlar verilib.

Həmçinin Böyük Britaniyanın universitetlərinin müxtəlif startap mərkəzlərində keçirilən görüşlərdə iştirak edib. Görüşlərdə həmin universitetlərin startap ekosistemi ilə əlaqədar araşdırmaları, mərkəzləri, bu istiqamətdə fəaliyyətləri ilə tanışlıq olub, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Creative Spark” proqramı Birləşmiş Krallığın dəstəyi ilə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.

ƏvvəlkiAZPROMO rəsmisi: “Qeyri-neft ixracımızın 60 %-i sənaye məhsullarıdır”
Növbəti“Təəssüf edirik ki, Rusiyanın sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır” -Müdafiə Nazirliyi