“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Əvvəlki“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib
NövbətiAzərbaycan və Afrika ölkələri arasında yeni sazişlər imzalanıb