Azercell qeydiyyatdan keçmiş müştəriləri üçün Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir

“Google Pay”, Keşbek və Cash-in ən son əlavə edilən xidmət çeşidləri oldu

Azercell-in “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın mövcud xidmət istiqamətlərinə “Google Pay”, Keşbek və Cash-in xidmətləri də əlavə edildi:

Kartın və cüzdanın aktivləşdirilməsi – Kabinetim tətbiqi daxilində Azercell xidmət və satış mərkəzlərinə gəlmədən rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı.

“Müştərini tanı” (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı.

“Google Pay” və “Apple Pay” – kartı üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı.

Keşbek – bütün supermarket, yanacaqdoldurma məntəqəsi, aptek, və avtomobil ehtiyat hissələri mağazalarında 5%, digər ticarət və xidmət məkanlarında isə 1% keşbek imkanı.

Cash-in – eManat terminallarında rəqəmsal kartın balansının artırılma imkanı

Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı.

Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – Azercell Rəqəmsal kartının istifadəçiləri arasında bir elektron cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.

Tətbiq daxilində balansın artırılması –hər hansı digər tətbiqə keçmədən cüzdanın balansını birbaşa Kabinetim tətbiqində artırmaq imkanı.

Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişləri Kabinetim tətbiqində etmək imkanı.

Cüzdana bağlı olan nömrənin dəyişdirilməsi – abunəçinin karta bağlı mobil nömrəsini digəri ilə dəyişdirmə imkanı.

Kartın Pin Kodunun təyin edilməsi – istifadəçi tərəfindən kartın unikal pin kodunun yaradılması və dəyişdirilməsi.

Azercell-in bazara “akart” ticarət markası altında çıxardığı bu rəqəmsal kartın yeni xidmət istiqamətlərinin genişlənməsi davam edəcək.

“akart” PAŞA Bank, Visa və AzInTelecom-la əməkdaşlıq çərçivəsində tərtib olunaraq ərsəyə gəlib. Kartın emitenti qismində PAŞA Bank, çıxış edir.