AZAL-ın iki vitse-prezidenti vəzifəsindən azad edilib

“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib.

Hal-hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.