“Azad Müəllimlər” İctimai Birliyinin layihəsinin təqdimat tədbiri keçirildi

Bu gün, may ayının 27-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 33 № li Zəngilan rayon tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad Müəllimlər” İctimai Birliyinin həyata keçirdiyi “Distant təhsillə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin təqdimatı ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə dəyirmi masa təşkil olundu.
Dəyirmi masada “Azad Müəllimlər” İctimai Birliyinin sədri Pərvanə Talıbova çıxış edərək bildirdi ki, layihə çərçivəsində səkkiz təlim keçriləcək. Hər təlimdə 2 təlimçi tərəfindən iştirakçı işagirdlərə, müəllimlərə və valideynlərə eyni anda 2 təlim veriləcək. 50 nəfər iştirakçı hər birində 25 nəfər olmaqla 2 qrupa bölünəcək. Hər qrupda (2 qrup) 15 müəllim, 5 valideyn və 5 şagird olacaq. Hər təlim 3 saat davam edəcək. Hər təlimin sonunda nümunə dərsi veriləcək və sonda iştirakçılar arasında sorğu aparılacaq.
Dəyrmi masa iştirakçıları dünyada geniş yayılmış distant təhsilin ölkəmizdə də təbliğini əhəmiyyətli hadisə adlandıraraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu layihəyəyə maliyyə yardımı etdiyinə görə təşəkkür etdilər və“Azad Müəllimlər” İctimai Birliyinə bu layihəni həyata keçirməkdə uğurlar arzuladılar.

“Azad Müəllimlər" İctimai Birliyinin layihəsinin təqdimat tədbiri keçirildi
“Azad Müəllimlər" İctimai Birliyinin layihəsinin təqdimat tədbiri keçirildi