“Azəristiliktəchizat” ASC-də Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev ictimai əlaqələrin gücləndirilməsinin, vətəndaş – İctimai Şura – cəmiyyət arasında sıx dialoqun qurulması baxımından bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
İlham Mirzəliyev Cəmiyyətin fəaliyyəti, qarşıda duran vəzifələr və istehlakçı hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinin araşdırılmasında şəffaflığın təmin olunması və operativ cavablandırılması yönündə həyata keçirilən tədbirlər ilə bağlı görüş iştirakçılarına məlumat verib.
Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov isə ictimai rəyin önəmini qeyd edərək əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.
Görüş zamanı həmçinin İctimai Şura üzvləri tərəfindən istehlakçıları maraqlandıran məsələlər diqqətə çatdırılıb və bu istiqamətdə müzakirələr aparılıb.