Azərbaycanın U-17 millisi Qazaxıstana qalib gəlib

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millinin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

ƏvvəlkiADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
NövbətiPaytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirilir