Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı ilk gündə qələbə qazanıb.

Əli Abdullayev (65 kiloqram) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Ə.Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.

Nicat Əlirzayev (70 kiloqram) də adını 1/8 finala yazdırıb. O, startda Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək.

Hər iki təmsilçimiz 1/8 final döyüşünə sabah çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 29-da yekun vurulacaq.

ƏvvəlkiBaş Prokurorluq: Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin öldüyü yanğınla bağlı bir nəfər saxlanılıb
NövbətiBakı-Qazax yolunda nəqliyyatın sıxlığı yaranıb