Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi Şuşada qeyd ediləcək

Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.

“Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi qeyd olunacaq. BMT-nin bayrağı azad Şuşada dalğalanacaq”, – o bildirib.

ƏvvəlkiŞərqi Zəngəzur bölgəsinin Vətən müharibəsi şəhidləri haqqında kitab nəşr edilib
NövbətiAzərbaycan musiqi tarixinin korifeyi – Xan Şuşinski