Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, kollektiv çarpaz qarşılaşmada lentlərlə hərəkətlərin icrasında 21.250 xal toplayaraq Estoniya yığmasına qalib gəlib.

Ukraynanı 23.900 xalla üstələyən Bolqarıstan qızıl, Gürcüstanı 22.300 xalla məğlub edən İtaliya yığması isə gümüş mükafata yiyələnib.

Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə mayın 4-də yekun vurulacaq.

ƏvvəlkiLeyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb