Azərbaycanın 3×3 basketbol millisi İslamiadada qızıl medal qazanıb

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

“Report” xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu – 22:15.

Qeyd edək ki, yığma çempionluq titulunu qoruyub. Millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.

ƏvvəlkiRusiyada süni intellektin tətbiqi üzrə qərargah yaradılacaq
NövbətiBritaniya Rusiyanın kiberhücumları ilə bağlı yeni sanksiyalar tətbiq edib