Azərbaycanda koronavirus infeksiyasına 988 yoluxma faktı qeydə alınıb, daha 340 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, daha 340 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 33 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9405 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb. Bugünkü test sayı isə 11426-dır.

ƏvvəlkiErmənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 19-a çatıb
NövbətiTürkiyə XİN Ermənistanın azərbaycanlı mülki əhalini hədəfə almasını kəskin şəkildə pisləyən açıqlama yayıb