Azərbaycanda koronavirus infeksiyasına 3759 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3759 yoluxma faktı qeydə alınıb, 3473 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 432 min 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 min 475 nəfər müalicə olunaraq sağalıb, 5 min 722 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 298 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 678, bu günə qədər isə ümumilikdə 4 milyon 498 min 717 test icra olunub.

ƏvvəlkiİƏT-in Baş katibi və yeni seçilmiş rəhbəri təşkilatın qarşısında duran vəzifələri müzakirə ediblər
NövbətiAzərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı 7 milyonu ötüb